ABŞ Dövlət Departamentinin mətbuat spikeri - İsveçrənin vasitəçiliyi ilə keçirilən Gürcüstan və Rusiya arasındaki görüşü salamlayırıq
ABŞ Dövlət Departamentinin mətbuat spikeri -  İsveçrənin vasitəçiliyi ilə keçirilən Gürcüstan və Rusiya arasındaki görüşü salamlayırıq

İsveçrənin vasitəçiliyi ilə keçirilən Gürcüstan və Rusiya arasındaki görüşü salamlayırıq, – bu bəyanatı ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus öz “Tvitter” hesabından yayır.

Həmçinin, Ortaqus qeyd edir ki, ABŞ Rusiyaya müraciət edir ki, Gürcüstanın qeyri-leqal işğalını dayandırsın.

“Biz Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik və Rusiaya müraciət edirik ki, bu qeyri-leqal işğalını dayandırsın və işğal xətti ərazisindəki gərginliyi azaldsın” – deyilir Morqan Ortaqusun bəyanatında.

Xatırladaq ki, Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani Nyu-Yorkda, Baş Assambleyanın 74-cü sessiyası çərçivəsində, İsveçrə Konfederasiyasının təşəbbüsü və təşkili ilə, Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşdü.