2019-cu ilin son doqquz ayı ərzində, az yaşlılara qarşı cinsi zorakılığa görə, 114 nəfər məsuliyyətə cəlb olundu
2019-cu ilin son doqquz ayı ərzində, az yaşlılara qarşı cinsi zorakılığa görə, 114 nəfər məsuliyyətə cəlb olundu

“2019-cu ilin son doqquz ayı ərzində, az yaşlılara qarşı cinsi zorakılığa görə, 114 nəfər məsuliyyətə cəlb olundu” — bu barədə məlumatı Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının qorunması departamentinin rəhbəri Nino Tsatsiaşvili verdi.

Tsatsiaşvilinin dediyinə görə, Daxili İşlər Nazirliyi, cinsi zorakılıq cinayətlərini törədən şəxslərə qarşı verilən cəzaların sərtləşdirilməsinə və qeyd olunan cinayətə görə, məsuliyyətə cəlb olunduqdan sonra, həbsxanadan çıxan şəxslərin imkanlarının məhdudiyyətləşdirilməsinə yönəldilən qanundəyişiklikləri əlavə etdi.

Məsələn, penitensiar müəssisədən (həbsxanadan) çıxan şəxslər təhsil müəssisələrində və az yaşlıların olduğu yerlərdə işləyə bilməyəcəklər.

Həmçinin, yeniyetmələrə qarşı seksual xarakter daşıyan cinayətləri törədən şəxslər xüsusi bazaya daxil ediləcəklər və oradan dövlət tərəfindən nəzarət ediləcəklər.

Qeyd olunan qanunlayihə parlament tərəfindən ilk oxunuşla təsdiqləndi.