Gürcüstanda son 24 saat ərzində 61 xəstə koronavirusdan dünyasını dəyişdi
Gürcüstanda son 24 saat ərzində 61 xəstə koronavirusdan dünyasını dəyişdi

Gürcüstanda son 24 saat ərzində 61 xəstə koronavirusdan dünyasını dəyişdi. Bu barədə məlumatı Xəstəliklərə Nəzarət Milli Mərkəzi yayıb.

Ölkədə virusdan dünyasını dəyişənlərin ümumi sayı 7 867 -dir.

Son 24 saat ərzində “Kovid-19” 1120 nəfərdə təsdiqləndi, 4.905 şəxs sağaldı.