Elton Conun konsertinə alınan biletlər gələn il keçirilən konsert üçün qüvvədə olacaqlar

Elton Conun sentyabrın 16-17-də keçirilməli olan, ancaq təxirə salınan konsertinə alınan biletlərlə, onun pərəstişkarları Eltonun Conun 2018-ci ilin iyunun 30-da keçiriləcək konsertində iştirak edə biləcəklər. Bu barədə jurnalistlərə Solo-dan verildi.

Solo-dan verilən məlumata görə, 2017-ci ilin sentyabrı üçün bilet alan şəxslər, sentyabrın 20-dən noyabrın 20-nə qədər bileti geri tapşırıb pullarını ala bilərlər. Bileti olanlar isə, onu saxlayıb, iyunun 30-da və iyulun 1-də keçirilən, konsertdə iştirak edə biləcəklər.

Əfsanəvi Britaniyalı müğənninin konsertləri sentyabrın 16-da və 17-də Black Sea Arenada keçirilməli idi, ancaq Elton Conun qrup üzvünün birinin sağlamlıq vəziyyətinin pisləşməsinə görə, konsert təxirə salındı.