Ustad aşıq Ziyəddin Keşəlinin öz ifasında bir neçə şeiri

Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə Marneuli rayonundakı  Kürüstü Keşəli kəndində anadan olub. Onda bu sənətə həvəsi oyadan, saza meyl etdirən atası Məhəmməd Usub oğlu olub. Sonra Ziyəddin Borçalının aşıq məktəbini yaradanlardan biri, azman aşıq Xındı Məmmədin yanına gedərək xeyli ona şagirdlik etmişdir. Ustadı Xındı Məmməd rəhmətə gedəndən sonra, yəni 1968-ci ildən sonra Ziyəddin uzun müddət Dədə Əmrah və ustad Kamandarın  sənətkarlığından, ifaşılıq tərzindən bəhrələnmişdir. Bir müddət Marneuli şəhər mədəniyyət evində çalışaraq gənc saz həvəskarlarına sazın sirlərini öyrətmişdir.  Borçalının və Qarayazının müxtəlif yerlərindən onun çagirdləri olub. Özünəməxsus ifaçılığı ona şöhrət qazandırmışdır. Azərbaycanda, Türkiyədə beynəlxalq tədbirlərdə iştirak edib.  Aşıq Ziyəddin həm də yaradıcı aşıqdır. Əsasən qoşma üslubunda yazılan şeirləri dövri mətbuartda, toplularda özünə yer tapmışdır. Aşıq Ziyəddinin “Ruhani ruha dərmandır” adlı şeirlər kitabı 2000-ci ildə Bakıda işıq üzü görmüşdür.

P.S.1999-cu ildə onun öz ifasında bir neçə şeirini lentə alaraq Gürcüstan radiosunun fəaliyyət göstərdiyi vaxtlar başqa şairlərlə yanaşı onun da şeirlərini mütəmadi olaraq efirdə səsləndirirdik. İndi qorunub saxlanılan həmin şeirləri  poeziya sevərlərin marağını nəzərə alaraq saytımıza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu