Karslı Nazim İrfan Tanrıkulu ilə aşıq Ziyəddin Keşəlinin deyişməsi

Karslı Nazim İrfan Tanrıkulu Türkiyədə bir xalq aşığı, ozan, yazar kimi tanınmaqdadır. Babaları Dmanisi rayonunun Bəzəkli kəndindən getmədir. Karsın ilçəsi olan Səlimdə Tanrıkuluların tayfası böyükdür. Təhsil nazirliyində böyük və məsul vəzifələrdə çalışıb. Türkiyənin bütün bölgələrində, eləcə də Borçalıda, Azərbaycanda, İranda ünlü sənətkarlarla görüşüb deyişmişdir. Borçalıda, eləcə də, Qazaxda, Gəncədə onun yerli aşıqlar ilə deyişməsini məndə lentə almışam. İndi pensiyaya çıxıb. Amma folklor ilə yenə də məşğuldur.

Ötən əsrin əvvəllərində onun Borçalı səfəri zamanı aşıq Ziyəddin Keşəli ilə  lentə aldığım deyişməsini indi aşıqsevərlərin marağını nəzərə alaraq saytımılza və Yutuba yerləşdirirəm.

Hörmətlə: Mirzə Məmmədoğlu