Ədliyyə evlərinə maska taxmadan daxil olmaq, həmçinin yetkinlik yaşına çatmayan şəxslərin daxil olması qadağan olunacaq
Ədliyyə evlərinə vətəndaşlar maska taxmadan daxil ola bilməyəcəklər.
Bu haqda bu gün keçirilmiş mətbuat konfransında Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani bəyan etdi.
Tsulukianinin dediyinə görə, ədliyyə evləri və ictimai mərkəzlər açılacaq, lakin, daxil olmaq yeni prinsiplə baş tutacaq.