Zviad Şalamberidze - Zestaponidə koronavirusa yoluxmanın yeni halı yük avtomaşınının sürücüsü ilə əlaqədardır, onun bütün kontaktları müəyyənləşdirilib
Zestaponidə koronavirusa yoluxmanın yeni halı yük avtomaşınının sürücüsü ilə əlaqədardır, – bu barədə Gürcüstanın Birinci Kanalına İmereti qubernatoru, Zviad Şalamberidze bəyan etdi.
Onun məlumatına görə, kontaktların sayı böyük deyil.
“Ölkəyə daxil olan və ölkəni tərk edən hər bir sürücüyə monitorinq edilir. Hamısını hər gün qeydiyyata alırıq. Müvafiq olaraq onların evdə izolasiya şəraitlərinə nəzarət edirik. Bu insan da evdə izolasiyada idi, özünü pis hiss edərək tibb müəssisəsinə müraciət etdi. Burada onun koronavirusu təsdiq olundu. Ailəsi ilə əlaqəsi olmayıb. Hərəkət etdiyi zaman bir neçə insanla kontaktı olub. Onların hamısı müəyyənləşdirilib və evdə izolasiyadadırlar. Beləliklə kontaktların sayı böyük deyil və yayılma təhlükəsi mövcud deyil”, – Zviad Şalamberidze bəyan etdi.