Zviad Qabisonia – Dövlət universitetlərində təhsil pulsuzdur, ilk iki semestr təhsil haqqını dövlət tam və şərtiz qarşılayır, 100%-lik maliyyələşməni qoruyub saxlamaq üçün tələbə kreditlərin 80%-dən çoxunu toplamalıdır

18:19, 31.07.2026

2026-2027-ci ildə qəbul olan tələbələr üçün dövlət universitetlərində təhsil pulsuzdur, bu o deməkdir ki, ilk iki semestr ərzində dövlət universitetlərində tələbənin təhsil haqqını dövlət tam və şərtiz qarşılayır — bu barədə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisonia bildirib.

Onun sözlərinə əsasən, 100%-lik maliyyələşməni qoruyub saxlamaq üçün tələbə kreditlərin 80%-dən çoxunu toplamalıdır, yəni imtahan verməli olduğu bir fənn qala bilər.

“Belə olan halda onun tam maliyyələşməsi davam edəcək, əgər 80%-dən çoxunu mənimsəyə bilməzsə, dövlət onun təhsil haqqının 50%-ini ödəyəcək. Başqa sözlə desək, tələbə üçüncü semestrdən etibarən kreditlərin 80%-dən çoxunun toplanmasını təmin edərsə, dövlət onun təhsil haqqını tam maliyyələşdirməyə davam edəcək. Bu yanaşma dünyada yayılmış təcrübədir və Dünya Bankı ekspertlərinin tövsiyəsidir. Hətta tələbə üçüncü semestrdən yalnız bir fənndən kredit ala bilməsə, lakin növbəti semestrdə bütün kreditləri toplasa, tam maliyyələşmə yenidən bərpa olunacaq. Təhsilin nəticələrindən, akademik nailiyyətlərdən və ballardan söz getmir, yalnız kifayət qədər kreditlərin toplanmasından söz gedir. Fənn üzrə 51 ballıq həddi aşması halında, tələbənin artıq krediti qazandığı hesab olunur.
Vacibdir ki, tələbə 50%-lik maliyyələşmə aldıqdan sonra 100%-lik kredit nəticəsini bərpa edərsə, dövlət yenidən onun təhsil haqqını tam şəkildə maliyyələşdirməyə davam edəcək” — Zviad Qabisonia bildirib.

Oxşar