Qeyri Hökumət Təşkilatı CİDA-nın keçmiş rəhbəri, Zviad Devdarianin Tbilisinin Baş İdarəsində dindirilməsi üç saat davam edirdi.
Devdariani jurnalistlərlə sorğu olunmanın detalları barəsində açıqlama vermədi və bəyan etdi ki, bütün idarələrlə əməkdaşlıq etməyə hazırdır.
“Məbuat konfransında bəyan etdim ki, DİN, Prokurorluq və Xalq Müdafiəçisi ilə əməkdaşlıq etməyə və məhkəmədə öz həqiqətimi təsdiq etməyə hazıram. Belə ki bütün hüquqi berketlərdən istifadə edəcəm”, – Zviad Devdariani bəyan etdi.
Zviad Devdarianinin vəkili, Nino Bareçaşvilinin dediyinə görə, Zviad Devdarianiyə ittiham irəli sürülməyib və istintaqın başa çatmasına qədər, artıq şərh verə bilməzlər.
“İstintaq bizi çağırdı, verilən bütün suallara cavab verdik, lakin istintaqın maraqlarından irəli gələrək artıq şərh verə bilmərik”,- Nino Bareçaşvili bəyan etdi.
Qadınlar Hərəkatının nümayəndələri cinsi sıxışdırmada günahlandırdılar. Zviad Devdariani qeyd olunanlara görə, namizədliyini geri götürdü.