Zviad Devdariani - mən feysbuk məhkəməsinə qarşı çıxıram və hazıram ki, öz həqiqətimi məhkəmədə təsdiq edəm
Zviad Devdariani - mən feysbuk məhkəməsinə qarşı çıxıram və hazıram ki, öz həqiqətimi məhkəmədə təsdiq edəm

CİDA QHT-nin keçmiş rəhbəri, Zviad Devdariani ona qarşı səsləndirilən ittihamlarla əlaqədar DİN, Prokurorluq və Xalq Müdafiəçisi ilə əməkdaşlıq etməyə hazırdır.

Zviad Devdariani bu gün vəkili ilə birlikdə mətbuat konfransını keçirdi və qeyd etdi ki, son bu iki həftə onun həyatında ən ağır günlərdən biri idi.

“Bu yalnız mənim üçün deyil, mənim bütün ailəm üçün, mənim azyaşlı övladım üçün ağır zərbə idi. Buna görə mən onlardan üzr istəyirəm. Hüququ mübarizəyə başlayıram. DİN, Prokurorluq və Xalq Müdafiəçisi ilə əməkdaşlıq etməyə və məhkəmədə öz həqiqətimi təsdiq etməyə hazıram. Mənim məqdsədimdir ki, həqiqət müəyyənləşdirilsin. Mən feysbuk məhkəməsinə qarşı çıxıram ki, onlar heç bir sübut və dəlil olmadan məni günahkar çıxardılar”, – devdariani qeyd etdi.

Zviad Devdariani son bu iki həftə ərzində onunla birlikdə olan və ona dəstək olan insanlara minnətdarlığını bildirdi.