Zurab Qirçi Caparidze barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu
Zurab Qirçi Caparidze barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu

 

“Dəyişikliklər Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Qirçi Caparidze barəsində təyin edilmiş girov həbs qətimkan tədbiri ilə əvəz olundu.

Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi İrakli Şvanqiradze qəbul edib. Zurab Caparidzeni məhkəmənin iclas zalındaca saxlayıblar.

Qətimkan tədbirinin dəyişdirilməsinə səbəb girovun ödənilməməsi olub.

Parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyinə görə, Zurab Caparidzenin barəsində qətimkan tədbiri olaraq aprelin 16-da 20 000 lari girov təyin edilib. Caparidzenin girovu ödəmək müddəti mayın 18-də başa çatıb.

Müvəqqəti istintaq komissiyasının müraciəti əsasında prokurorluq Caparidzeyə qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürüb ki, bu da “Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir və cərimə və ya bir ilədək azadlıqdan məhrum etmə, vəzifə tutmaq və ya fəaliyyət hüququndan üç ilədək məhrum etmə ilə cəzalandırılır.