Zurab Noğaideli - "Teleimediyə" soxulduqdan sonra prezidentin yanına getdim, orada olan güc struktirları nümayəndələri etdiklərindən razı görünürdülər
Keçmiş baş nazir, Zurab Noğaidelinin bəyanatına görə, 7 noyabr hadisələrindən sonra Vano Merabişvili ilə telefonla söhbət etdi. Merabişvili onu əmin etdi ki, Avropada aprobasiya olunmuş imkanlardan istifadə olunmuşdur. Bu barədə Noğaideli “Teleimediyə” soxulma, Mtasminda parkının əldən alınması və 7 noyabr aksiyasının dağıdılması işinin müzakirəsində şahid olaraq dindirilməsi zamanı bəyan etdi.
“Təbiidir ki, prezidentin televizyanın redaksiya siyasətinə qarşı marağı var idi təbiidir ki, teleşirkətin onun barəsində yalnız müsbət danışması marağında idi. O zamanlar əsas Birinci Kanal, İmedi və Rustavi 2 idi.
Lap başdan Badri Patarkatsişvili ilə yaxşı münasibətləri var idi, sonra pis və lap sonra çox pis münasibətləri. Bu münasibətlər Jvanianın vəfat etməsindən, salahiyyətlər balansının pozulmasından sonra pisləşdi. Bundan sonra Patarkatsişvili siyasəti getməsi qərarına gəldi. Bundan sonra Patarkatsişvili ilə İmedinin Dəmiryoluna dəmiryoluna dəyişməsi danışıqlarına başlanıldı. Mən bu danışıqlara qatılmışdım. Lakin mən bilirdim ki, Badri bunu etməyəcəkdi. Saakaşvilinin redaksiya siyasəti ilə marağı buradan aydın olur, çünki dəmiryolunun qiyməti o vaxtlar yarım milyard dollar idi.
Noyabr ayının etriaz aksiyalarına gəldikdə, bilirdik ki, noyabrın ikisində bu aksiya elan olunub və qərar qəbul olundu ki, aksiya keçiriləcək və sakitləşəcəkdi.
7 noyabr hadisələrindən sonra Vano Merabişvili ilə telefonla söhbət etdim. Merabişvili məni əmin etdi ki, Avropada aprobasiya olunmuş imkanlardan istifadə olunmuşdur.
“Teleimediyə” soxulduqdan sonra prezidentin yanına getdim, o zaman onun otağı Dövlət Kitabxanasında idi, orada olan güc struktirları nümayəndələri həmin günü etdiklərindən razı görünürdülər”, – Zurab Noğaideli bəyan etdi.
“Teleimediyə” soxulma, Mtasminda parkının əldən alınması və 7 noyabr aksiyasının dağıdılması işi üzrə Mixail Saakaşvili, Vano Merabişvili, Zurab Adeişvili, David Kezeraşvili və Qiqi Uqulava ittiham olunurlar.