Zurab Çxaidze - Məhbusu yanvarın 23-də huşsuz vəziyyətdə klinikaya gətirdilər, müxtəlif növ müalicə tədbirləri tətbiq edilib, lakin buna baxmayaraq, ölüm faktı baş verdi
“Vivamed” klinikasının klinik direktoru Zurab Çxaidze məhbusun dünyasını dəyişməsini şərh edib.
Çxaidze bildirib ki, məhbusu yanvarın 23 gətiriblər. Onun sözlərinə əsasən, pasiyentə bütün lazımi müalicə tətbiq edilib, lakin onun xilas edilməsi mümkün olmayıb.
“Məhbusu yanvarın 23-də huşsuz vəziyyətdə, çoxsaylı xəsarətlərlə bizə gətirdilər. Ona müxtəlif növ müalicə tədbirləri tətbiq edilib, lakin buna baxmayaraq, təəssüf ki, dünən saat 20:00-da ölüm faktı baş verdi. Digər təfərrüatlar barədə danışa bilmərəm, çünki bu, artıq penitensiar müəssisənin tibbi şöbəsinin səlahiyyətinə daxildir” – Zurab Çxaidze qeyd edib.