Zurab Caparidzeni Türkiyənin hava limanında saxlayıblar
“Qirçi — Daha Çox Azadlığ”ın lideri Zurab Caparidzeni Türkiyənin hava limanında saxlayıblar.
Bu barədə məlumatı sosial şəbəkədə Zurab Caparidzenin özü yayıb.
“Bu gün “Renew Europe”un dəvəti ilə Liderlər Sammitində iştirak etmək üçün Brüsselə uçurdum. Türkiyədə aviaşirkəti dəyişməli idim. Sərhəddə məni saxladılar. Mənə izah etdiklərinə görə, 2025-ci ilin noyabrından Türkiyəyə girişə qadağam varmış. Gürcüstanın rəsmi strukturlarından mənimlə bağlı nəsə məlumat alıblar.
Sabah səhər məni Tbilisiyə qaytarırlar. Təəssüf ki, mühüm görüşlər imkanını itirdim. Narahat olmağa başqa bir şey yoxdur” – Zurab Caparidze yazır.
Bununla yanaşı, bundan əvvəl Zurab Caparidzenin saxlanılması barədə məlumatı “Avropa Liberal və Demokratlar Alyansı” (ALDE) yayıb.
“ALDE-nin üzvü olan “Girçi” partiyasının lideri Zurab Qirçi Caparidzenin Türkiyənin hava limanında saxlanılması, kameraya yerləşdirilməsi, pasportunun və baqajının əlindən alınması və sabah Gürcüstana qaytarılacağı barədə məlumatdan narahatıq. O, dəvət olunduğu “Renew Europe” Liderlər Sammitində iştirak etmək üçün Brüsselə gedirdi. İştirak edə bilməyəcəyinə görə məyusuq, öz ölkələri üçün avropapərəst və demokratik gələcək axtaran müxalifət partiyalarının fəaliyyətinə və hərəkətlərinə yenidən bu cür təzyiqin göstərilməsinə görə məyusuq” – ALDE-nin yaydığı məlumatda deyilir.