Zurab Caparidzeni sərbəst buraxıblar
Zurab Caparidzeni sərbəst buraxıblar

 

“Dəyişiklik Naminə Koalisiya”nın liderlərindən biri Zurab Caparidzeni sərbəst buraxıblar. Caparidze bu barədə sosial şəbəkələrdə yazır.

“Mən bayırdayam” – Zurab Caparidze yazır və avtomobildə çəkilmiş şəkli dərc edir.

Zurab Caparidzeni bu gün səhər Vakedə saxlayıblar. Onun saxlanılmasından əvvəl aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma olub. Aksiya iştirakçıları Rustaveli prospektindən Vake parkı istiqamətində yürüş keçirirdilər və yolu bağlamağa cəhd ediblər, hüquq-mühafizə orqanlarının əməkdaşları onlara bunu etmək üçün imkan verməyiblər.