Zurab Caparidze - Sənəddə yer alan mühüm məqam ondan ibarətdir ki, de-fakto hakimiyyət yeni seçkilərin tarixini elan etməlidir
Zurab Caparidze - Sənəddə yer alan mühüm məqam ondan ibarətdir ki, de-fakto hakimiyyət yeni seçkilərin tarixini elan etməlidir

 

Sənəddə yer alan mühüm məqam ondan ibarətdir ki, de-fakto hakimiyyət yeni seçkilərin tarixini elan etməlidir, eləcə də aprel sessiyasına qədər bütün siyasi məhbuslar azad edilməlidir – bu haqda “Dəyişikliklər Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin layihəsini şərh edərkən bildirib.

O bildirib ki, Gürcüstan nümayəndə heyəti aprel ayına qədər digər nümayəndə heyətləri ilə müqayisədə məhdud hüquqlara malik olacaq.

“Başqa şərtlər də yer alıb, amma fikrimcə, bu ikisi prinsipial məsələlərdir. Bu, artıq iki aydan çoxdur Rustavelidə dayanan iki tələbdir. Səlahiyyətin verilməsinə gəlincə, bu, formal olaraq belə görünə bilər, lakin aprelə qədər qoyduqları üçün mən bunu belə də adlandırmazdım. Onların sessiya zalına daxil olmaq hüququ olacaq, lakin ölkələrin nümayəndə heyətlərinin AŞPA-da adətən istifadə etdiyi bütün digər hüquqlar məhdudlaşdırılıb. Onlar komitələrdə, müşahidə missiyalarında iştirak edə bilməyəcəklər, AŞPA-da vəzifə tuta bilməyəcəklər, nümayəndə heyətlərinin malik olduğu bütün hüquqlar onlar üçün məhdudlaşdırılıb” – Caparidze bildirib.