Zurab Caparidze – hakimiyyət üçün 2 oktyabrda legitimasiya testi olacaq, “Gürcü Arzusu” məğlubiyyətə uğrasa bu ölkə təkrar seçkilərə gedəcək və şansı yaranacaq ki, nəyisə dəyişsin
2 oktyabr seçkiləri bu ölkə üçün prinsipial olaraq önəmlidir. Hakimiyyət üçün 2 oktyabrda legitimasiya testi olacaq, “Gürcü Arzusu” məğlubiyyətə uğrasa bu ölkə təkrar seçkilərə gedəcək və şansı yaranacaq ki, nəyisə dəyişsin, – bu barədə “Qirçi – daha artıq azadlıq” partiyasının üzvü, Zurab Caparidze bəyan etdi.
Onun dediyinə görə, müxalifətdə ümumi baxışdır ki, ölkədə dəyişikliklər vacibdir.
“Biz, burada duranlar, o insanlarıq ki, kim də bir tərəfdən yaxşı başa düşür nə cür ölkə istəyirik və bu ölkədə nə dəyişəsəidir, baxmayaraq ki, bizim aramızda çox fərq var, var məsələlər ki, bıxışlarımız arasından birmənalı olaraq eyni baxışlarımız var və bu öləkənin nə cür dəyişməsinə aiddir ki, irəliləyişi həqiqətən şans yaransın. Bundan başqa onu da yaxşı başa düçürük ki, ölkənin gələcəyi ondan keçir ki, biz bir-birimizlə əməkdaşlığı bacaraq. Əməkdaşlıq necə müxtəlif mövzular barəsində, eləcə də əməkdaşlıq müxtəlif texniki məsələlər üzrə. İndi bu gün burada etdiklərimiz, əməkdaşlıq və konsesusun bir növ nümayişidir”, – Caparidze bəyan etdi.
Xatırladaq ki, dörd müxalif partiyası – “Milli Hərəkat”, “Avropa Gürcüstanı”, “Qirçi – daha artıq azadlıq” və “Vaxtdır” Ana Dili Bağında Tbilisi majoritarlığa namizədləri təqdim etdilər.