Zurab Caparidze – Biz koalisiya hökuməti, əsl məhkəmə, zəngin və təhlükəsiz NATO-ya üzv ölkə istəyirik
İnanırıq ki, oktyabrın 2 -də “Gürcü Arzusu” nun hakimiyyəti bu ölkədə sona çatacaq və biz, burada oturan insanlar, eləcə də digər müxalifət partiyaları hakimiyyəti təhvil alacağıq , – deyə “Qirçi – daha çox azadlıq” lideri, Zurab Caparidze Nika Melia və Elene Xoştariya ilə vahid press-konfransda bəyan etdi.
Onun sözlərinə görə, gələn il ölkədə növbədənkənar seçkilər keçiriləcək.
“Müstəqillik tarixində ilk dəfə olaraq bu ölkədə bizim və digər müxalifət partiyalarının da iştirak edəcəyi koalisiya hökuməti olacaq. Nə istədiyimizi dəqiq bilirik. Biz koalisiya hökuməti, əsl məhkəmə və nəticədə zəngin və təhlükəsiz NATO-ya üzv ölkə istəyirik. Bu, faktiki olaraq bütün müxalifət partiyalarının razılaşdığı bir şeydir və bu məsələlərdə mübahisəli heç nə yoxdur. Gələcəkdə razılaşdırılacaq bir çox xırda detal var, amma prinsipcə ölkənin getməli olduğu yolu razılaşdırdıq. Mən burada oturan üç partiyanı deyil, digər müxalifət partiyalarını da nəzərdə tuturam. Qalan şey bu ölkənin vətəndaşlarının oktyabrın 2 -də seçkilərə gəlib bu nəticəni imzalamasıdır. Bəyənməyənlər, hakimiyyətdən əl çəkmək istəməyənlər və pulla, zorakılıqla, şantajla və DTX istifadəsi ilə buna qarşı çıxan Gürcü Arzusudur, amma uğur qazanmayacaqlar və əminik, ” – dedi. Caparidze.