Zurab Caparidze bəyan edir ki, Rustavinin 12 saylı müəssisəsi qarşısında planlaşdırılmış aksiyada iştirak etməyəcək
“Qirçi -daha artıq azadlıq” partiyasının lideri, Zurab Caparidze bəyan edir ki, Rustavinin 12 saylı müəssisəsi qarşısında planlaşdırılmış aksiyada iştirak etməyəcək.
Elə onun dediyinə görə, partiyanın üzvlərinin istəyi olsa, individual şəkildə iştirak edəcəklər.
“Qirçi” partiyasının üzvlərinin istəyi olsa, individual şəkildə iştirak edəcəklər. Mən seçki kampaniyası rejimindəyəm, başqa şeylərlə məşğulam. O cümlədən axam çəkilişlərim var. İndi əsas məsələ 30-nun seçkiləridir. 30-da çox önəmlidir, o cümlədən Tbilisidə qələbə qazanaq. Hesab edirəm, bu ölkədə ümumiyyətlə seçki vəziyyətini dəyişəcək, sonra ölkə yeni seçkilərə keçməlidir.
Partiya aksiyaları var, hansılarda da ola bilsin mən iştirak etməyəm. Mən də bir çox aksiya keçirmişəm və burada “Milli Hərəkat” iştirak etməyib. Ola bilsin nədəsə razılaşıram, lakin buna baxmayaraq, hansısa aksiya iştirak etmirdim, burada təəccübləndirici bir şey yoxdur”, – Caparidze bəyan etdi.
Bu gün axşam, Mixeil Saakaşviinin olduğu Rustavinin 12 saylı müəssisəsi qarşısında aksiya keçiriləcək.