Zurab Caparidze Avropa Şurasının baş katibi ilə görüşməyi planlaşdırmadığını bildirir
Zurab Caparidze Avropa Şurasının baş katibi ilə görüşməyi planlaşdırmadığını bildirir

 
“Dəyişikliklər Naminə Koalisiyası”nın liderlərindən biri Zurab Caparidze sosial şəbəkədə Gürcüstanda səfərdə olan Avropa Şurasının baş katibi Alen Berse ilə görüşməyəcəyini yazır.

Zurab Caparidze bildirir ki, bu gün ölkəyə gələn istənilən strukturun nümayəndəsi aksiyada xəsarət alan vətəndaşlarla görüşməli, həbsxanaya daxil olmalı, Rustavelidə aksiyaya çıxmalıdır.

“Bu gün bu ölkəyə gələn istənilən strukturun nümayəndəsi:
a) parçalanmış xalqı görməli və onların hekayətlərini dinləməlidir;
b) həbsxanaya daxil olmalı, siyasi məhbusları görməli və onların hekayətlərini dinləməlidir; q) Axşam heç olmasa bir dəfə Rustaveliyə çıxmalı və şaxtada orada dayanmış insanlarla söhbət etməlidir.

Üstəlik bunu birbaşa səlahiyyəti insan hüquqları olan strukturun nümayəndəsi etməlidir, üstəlik bir neçə günlüyünə gəlmisinizsə və bu, 2-3 saatlıq səfər deyilsə, üstəlik sənin, Bidzinanın və özünün də heç kim olduğunu bildiyi Kobaxidze ilə görüşməyə vaxt tapırsınızsa, əgər istəyi olarsa Strasburqda məmnunluqla görüşərəm.

P.S. Bu qərarda tək olmadığımı bilirəm. Həmçinin, onu da bilirəm ki, başqa siyasətçilər görüşməyi və bütün bunları üzünə deməyi planlaşdırırlar. Bu da yoldur, lakin mən bu yolu seçirəm” – Zurab Caparidze yazır.

“Dəyişikliklər Naminə Koalisiyası”nın liderlərindən biri Elene Xoştaria oxşar bəyanatla çıxış edib.