Zurab Azaraşvili Sebastian Molinius ilə görüşdü
İşğal olunmuş ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, Zurab Azaraşvili Dünya Bankının Cənubi Qafqazda bölgə direktoru, Sebastian Molinius ilə görüşdü.
Səhiyyə Nazirliyinin məlumatına görə, görüşdə Gürcüstan və Dünya Bankı arasında birgə, həyata keçirilən və planlaşdırılan layihələr müzakirə olunub. Pandemiya ilə mübarizədə Dünya Bankının göstərdiyi yardımın əhəmiyyəti xüsusilə vurğulandı.
Söhbət zamanı Dünya Bankının COVID-19 Fövqəladə Hallara Qarşı Mübarizə Layihəsi çərçivəsində həyata keçirilən və planlaşdırılan fəaliyyətlərə toxunuldu. Kovid pandemiyasının idarə olunması məsələləri müzakirə edildi və gələn həftə Dünya Bankının mərkəzi ofisi ilə onlayn görüş təyin edildi, burada da tərəflər öz təcrübələrini bölüşəcəklər.