Zurab Azaraşvili Milli Cərrahiyyə Mərkəzində xərçəng xəstələri üçün dövlət tərəfindən maliyyələşdirilən servislərlə tanış oldu
Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, Zurab Azaraşvili Milli Cərrahiyyə Mərkəzində xərçəng xəstələri üçün dövlət tərəfindən maliyyələşdirilən servislərlə tanış oldu.
Nazir Klinikanın baş direktoru Laşa Bazadze və Aversi şirkətinin təsisçisi Paata Kurtanidze ilə birlikdə Radioterapiya şöbəsinə, həmçinin İnsult və Nüvə Təbabəti Mərkəzlərini gözdən keçirdi.
Zurab Azaraşvili, həmçinin xərçəng xəstələrinin yüksək standartlı şüa terapiyası, eləcə də ən mühüm diaqnostik testlər aparmaq imkanı əldə etdikləri ən son avadanlıqların işinin xüsusiyyətləri ilə də tanış oldu.
Qeyd olunan servislər əsasən tam şəkildə Səhiyyə Nazirliyi tərəfindən maliyyələşdirilir və bununla da yüksək texnologiyalı servisləri vətəndaşlar üçün mümkün qədər əlçatan edir. Zurab Azaraşvilinin dediyinə görə, Nazirlik xəstələrə daha çox xidmət göstərmək üçün yeni proqramları işə salmağa hazırdır.
Məlumatı Gürcüstan Səhiyyə Nazirliyi yayır.