Zurab Azaraşvili Luqar adına İctimai Sağlamlıq Araşdırmalar Mərkəzində oldu.
Gürcüstanın işğal olunmuş ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri, Zurab Azaraşvili Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzini ziyarət etdi.
Nazirliyin mətbuat xidmətinin məlumata görə, nazir Mərkəzin baş direktoru Amiran Qamğrelidze ilə görüş keçirdi və yeni kovid ştammı “Omikronun” yayılması ilə bağlı proqnozları şəxsən dinlədi.
Zurab Azaraşvili Riçard Luqar adına İctimai Sağlamlıq Araşdırmaları Mərkəzini də ziyarət etdi, əməkdaşlarla cari layihələr və gələcək planlar barəsində danışdı. Səhiyyə naziri öz dəstəyini ifadə etdi və bildirdi ki, pandemiyanın idarə olunmasında Xəstəliklərə Nəzarət Mərkəzinin rolu əhəmiyyətlidir.
“Pandemiyanın idarə olunması prosesində Xəstəliklərə Nəzarət Mərkəzinin rolu əhəmiyyətlidir. Həmçinin müxtəlif xəstəliklərin qarşısının alınması və idarə olunmasında da onların rolu önəmlidir. Əməkdaşlarla gələcək planları müzakirə etdik ki, hansı hissədə Nazirliyin cəlb olunması daha aktiv ola bilər. Mənim tərəfimdən onlara hər cür dəstək olacaq”, – nazir qeyd etdi.
Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində görüşdə nazirin birinci müavini, Tamar Qabuniya da iştirak edirdi.