Zurab Azaraşvili - Biz həqiqətən pandemiyanın sonuna yaxınlaşırıq, çünki xəstəxanaya yerləşdirilənlərin və gündəlik yoluxmaların sayı əhəmiyyətli dərəcədə azalıb

Biz doğrudan da pandemiyanın sonuna yaxınlaşırıq, çünki xəstəxanaya yerləşdirilmələrin və gündəlik yoluxmaların sayı xeyli azalıb”, – İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər naziri Zurab Azaraşvili bildirib.

Lakin Azaraşvilinin dediyi kimi, bazar ertəsindən etibarən koronavirusun yayılmasına qarşı məhdudiyyətlərin yalnız bir hissəsi qaldırılacaq.

“Müsbət tendensiyaya görə pandemiya başa çatmaq üzrədir. Bu gün biz açıq yerlərdə örtük taxmaq məhdudiyyətini qaldırdıq, bazar ertəsindən etibarən ondan istifadəyə ehtiyac qalmayacaq. Həmçinin, pandemiya ilə bağlı olan bütün məhdudiyyətlər. Cəmi bir neçəsi qalıb, maskadan daxili məkanda istifadə, əcnəbilərin daxil oolması və daha bir neçəsi.

Biz pandemiyanın sonuna yaxınlaşırıq, çünki həm xəstəxanaya yerləşdirmə, həm də gündəlik yoluxma əhəmiyyətli dərəcədə azalıb. Xəstəxanada 800-dən az adam müalicə olunur. Ölüm halları da xeyli azalır. Bu, ötən il üçün ən aşağı göstərici idi, əvvəlki günlərdə 8-10 hal olub”, – Zurab Azaraşvili bildirib.

Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, martın 28-dən etibarən koronavirusun yayılmasına qarşı məhdudiyyətlərin bir hissəsi aradan qaldırılacaq.