Zurab Abaşidze – Diqqətdən kənarda qalan tək bir problemli məsələ belə göstərə bilməzsiniz, paytaxtda illərdir mövcud olan bir çox problem isə artıq aradan qaldırılıb
Tbilisi Şəhər Şurasının iclasında şuranın sədri Zurab Abaşidze paytaxtın bələdiyyəsi tərəfindən Tbilisidəki problemlərin dərhal həll edildiyini bildirib. O, heç bir problemin diqqətdən kənarda qalmadığını deyib.
“Əhaliyə demək istəyirəm ki, istər Tbilisi olsun, istərsə də dünyanın hər hansı digər paytaxtı və ya şəhəri, o canlı orqanizmdir. Problemlər hər yerdə var, lakin bu gün paytaxtda bələdiyyə tərəfindən diqqətdən kənarda qalan tək bir problemli məsələ belə göstərə bilməzsiniz, paytaxtda illərdir mövcud olan bir çox problem isə artıq aradan qaldırılıb.
Güclü yağıntıya gəlincə, bu problem təbiət qanunlarından qaynaqlanır və bu cür məsələlərə dərhal reaksiya vermək lazımdır ki, bu da edilir.
Paytaxt merinin Tbilisinin qayğısına qalmağın təkcə bələdiyyənin işi olmadığı fikri ilə razıyam. Hamımız şəhərimizə qayğı göstərməliyik” – Zurab Abaşidze bildirib.