Zurab Abaşidze Bosniya və Herseqovinada, Şimali Makedoniya və Albaniya respublikalarında Gürcüstanın qeyri-rezident səfiri təyin edilib

13:42, 06.10.2026

 

Zurab Abaşidze Bosniya və Herseqovinada, Şimali Makedoniya və Albaniya respublikalarında Gürcüstanın ilk qeyri-rezident, fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Zurab Abaşidze çoxillik diplomatik karyeraya malikdir. İllər ərzində həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatında, həm də xaricdəki diplomatik nümayəndəliklərdə müxtəlif vəzifələrdə çalışıb. O cümlədən Gürcüstanın Avropa İttifaqı və NATO-dakı diplomatik missiyalarının rəhbəri, Benilüks ölkələrində fövqəladə və səlahiyyətli səfiri olub, həmçinin Gürcüstanın xarici işlər nazirinin müavini vəzifəsini tutub.

2012–2024-cü illərdə Gürcüstanın Baş nazirinin Rusiya Federasiyası ilə münasibətlər məsələləri üzrə xüsusi nümayəndəsi; 2024–2025-ci illərdə isə Gürcüstanın Baş nazirinin müşaviri olub.

Zurab Abaşidze Tbilisi Dövlət Universitetinin dosentidir, bir neçə kitab və nəşrin müəllifidir.

Ona Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilib.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar