Zuqdididə yoxlanılan 259 şəxdən heç birində koronavirus təsdiq olunmadı
Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 259 nümunəni yoxladılar.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 17 pasiyenti, 33 tibb personalı, karantində olan 8 insan, DİN-in 166 əməkdaşı və 35 sürücü idi.
Elə onların məlumatına görə, heç birində koronavirus təsdiq olunmadı.