Zuqdididə yoxlanılan 141 şəxdən heç birində koronavirus təsdiq olunmadı
Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 141 nümunəni yoxladılar.
Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Sameqrelo-Zemo Svaneti bölməsinin məlumatına görə, yoxlanılanlar qızdırma mərkəzinin 17 pasiyenti, 27 tibb personalı, DİN-in 80 əməkdaşı və 3 sürücü və bir təsdiq olunmuş halın kontaktı idi.
Həmçinin Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında karantin rejimindən 11 və izolasiyada olan iki şəxsi yoxladılar. Heç birində koronavirus təsdiq olunmadı.