Zuqdididə media nümayəndələri sükut aksiyası keçirdilər
Zuqdididə media nümayəndələri sükut aksiyası keçirdilər

Zuqdididə yerli və mərkəzi televiziyaların nümayəndələri sükut aksiyası keçirdilər.

Onlar bir dəqiqəlik sükutla “Tv Pirvelinin” operatoru, Lekso Laşkaravanın xatirəsini yad etdilər.

Media nümayəndələri operatorun vəfat etməsi səbəblərinin təcili araşdırlmasını, həmçinin 5-6 iyulda Tbilisidə baş verən zoraklıq faktlarda iştirakçıların müəyyənləşdirilməsini və qanunun tam sərtliyi ilə cəzalandırlmasını tələb etdilər.

5 iyul hadisələri zamanı döyülən “Tv Pirvelinin” operatoru, Lekso Laşkarava vəfat etdi. Vəfat etmənin səbəbi bu vaxta qədər məlum deyil. Lekso Laşkarava klinikada bir neçə gün ərzində qalırdı. Bundan sonra onu evə buraxdılar.

Lekso Laşkaravanın vəfat etməsi faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə başladı.

Daxili İşlər Nazirliyinin məlumatına görə, “Tbilisi Prayda” qarşı keçirilən aksiya zamanı, “Sirtsxviliya” ofisində “Tv Pirvelinin” jurnalit və operatorunu sözlə və fiziki təhqir etdilər.