Zuqdidi Laboratoriyasında yoxlanılan 46 şəxsdə koronavirus təsdiq olunmadı
Zuqdidi İctimai Sağlamlıq Mərkəzinin məlumatına görə, Zuqdidi İnfeksiya Xəstəxanasının laboratoriyasında koronavirus üzrə 46 test edildi. Cavabın hamısı mənfidir.
46 nümunədən dördü qızdırma mərkəzlərinin pasiyentlərindən, 29-u tibbi personaldan, səkkizi karantin məkanından, beşi isə, beynəlxalq daşımalar sürücülərindən götürülmüşdür.