Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun 166-cı kilometrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq qadağan edilib

Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun 166-cı kilometrində avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq dayandırılıb – bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

“Daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 166-cı kilometrində güclü yağışın nəticəsində torpaq kütləsi sürüşüb, buna görə də hər növ nəqliyyat vasitəsinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb,” – deyə məlumatda qeyd olunur.