Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun 166-cı kilometrində nəqliyyatın hərəkəti bərpa olunub
Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun 166-cı kilometrində avtonəqliyyatın hərəkəti bərpa olunub.
Bu barədə məlumatı Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.
Yolun həmin hissəsində hərəkət torpaq kütləsinin sürüşməsi səbəbindən məhdudlaşdırılmışdı.