Zuqdidi-Cvari-Mestia-Lasdili yolu hissəsində böyük ölçülü qaya kütləsinin düşməsi səbəbindən avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib
Zuqdidi-Cvari-Mestia-Lasdili yolu hissəsində böyük ölçülü qaya kütləsinin düşməsi səbəbindən avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib

 
Zuqdidi-Cvari-Mestia-Lasdili yolunun 96-cı km-də avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Respublika əhəmiyyətli Zuqdidi-Cvari-Mestia-Lasdili avtomobil yolunun 96-cı km-də (Lacurğula) böyük ölçülü qaya kütləsinin düşməsi səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib” – məlumatda qeyd olunub.