Çoxatauri munisipalitetinin Zoti və Çxakaura kəndində nəzarət məntəqəsi quraşdırıldı. Bütün daxil olan və çıxanlara testlədirmə və termoskrininq ediləcək.
Həmçinin, qeyd olunan kəndlərdə bir oktyabra qədər tədris distansiya rejimində həyata keçiriləcək.
Çoxatauri meri, İrakli Kuçavanın bəyan etdiyinə görə, Çxakaura və həndəvər yaşayış məntəqələrində əhalinin testləşdirilməsi demək olar ki, başa çatdırılıb.
Zoti kəndinə gəldikdə, burada testləşdirmə aparılır və epid-tədqiqat sabah da davam edəcək.