Zorakılıq təhdidi ilə jurnalistin peşə fəaliyyətinə qanunsuz şəkildə maneə olma faktı üzrə bir nəfəri saxlayıblar
Zorakılıq təhdidi ilə jurnalistin peşə fəaliyyətinə qanunsuz şəkildə maneə olma faktı üzrə bir nəfəri saxlayıblar

 

Gürcüstan Prokurorluğu zorakılıq təhdidi ilə jurnalistin peşə fəaliyyətinə qanunsuz şəkildə maneə olma faktı üzrə bir nəfəri saxlayıb.

Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Kaxeti Regional Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, saxlanılan şəxs cari ilin martın 26-da Telavi Munisipalitetinin Kurdğelauri kəndində “Rustavi 2” teleşirkətinin jurnalisti və operatoruna peşə fəaliyyətlərini həyata keçirməyə imkan verməyib və zorakılıq tətbiq edəcəyi təhdidi ilə onları televiziya süjetinin çəkilişini və yayımını dayandırmağa məcbur edib.

“Saxlanılan şəxs barəsində ittiham Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsi (jurnalistin peşə fəaliyyətinə qanunsuz şəkildə maneə olma, zorakılıq təhdidi ilə törədildikdə) ilə irəli sürülüb, bu da cəzanın növü olaraq iki ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsinə dair vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək” – məlumatda qeyd olunub.