Zimbabvedə Kariba gölündə bərənin batması nəticəsində azı 44 nəfər həlak olub

18:50, 12.08.2026

 

Zimbabvedə Kariba gölündə bərənin batması nəticəsində azı 44 nəfər həlak olub. Bu barədə məlumatı “BBC” yayır.

Polisin məlumatına əsasən, cəmi 90 nəfər daşımaq üçün nəzərdə tutulduğu halda, insident zamanı bərədə 12-si uşaq olmaqla 120 nəfər olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının bəyanatına əsasən, bərəyə güclü dalğa çırpılıb və bundan sonra o aşıb.

Zimbabve Prezidenti Emerson Mnanqaqva baş verən hadisə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Medianın məlumatına əsasən, axtarış-xilasetmə işləri intensiv şəkildə davam etdirilir. Hazırda 27 nəfər itkin düşmüş hesab olunur.

Oxşar