Zimbabvedə baş verən "İday" siklonu nəticəsində həlak olanların sayı 98 nəfərə çatdı
Zimbabvedə baş verən “İday” siklonu nəticəsində həlak olanların sayı 98 nəfərə çatdı. 200 nəfər isə, itgin düşüb.
Bu barədə məlumatı yerli medya yayır.
Zimbabvenin Səhiyyə Nazirliyinin məlumatına görə, bu vaxt üçün xəstəxanalara 102 nəfər yerləşdirilib.
Təbii fəlakət zonasında axtarış və xilas etmə çalışmaları davam edir.
Tropikal qasırğa “İday” Afrikanın şərq regionlarında baş verdi.
Təbii fəlakət Mozambik və Malaviyə zərər verdi.
Hər üç ölkədə həlak olanların sayı 200-dən artıqdır.