Zemo Xodaşeni-Alaverdi-Kvemo Alvani yolunda Alazani çayı üzərindəki körpünün bərpası başa çatıb
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti respublika əhəmiyyətli Zemo Xodaşeni-Alaverdi-Kvemo Alvani avtomobil yolunun 10-cu kilometrində Alazani çayı üzərindəki körpü keçidinin bərpa işlərini bitirib.
Körpü ötən əsrin 80-ci illərində tikilib.
Avtomobil Yolları Departamentinin məlumatına əsasən, layihə çərçivəsində körpünün hərəkət hissəsi bərpa olunub, körpü və dayaqlarda mövcud qoruyucu divarlar, beton parapetlər, məhəccərlər və səki quraşdırılıb. Həmçinin, qabion divarlar, deformasiya tikişləri, hidroizolyasiya və asfalt-beton örtüyü salınıb.
“Görülən işlər nəticəsində qeyd olunan hissədə hərəkət daha da təhlükəsiz və rahat hala gəlib.
Layihənin dəyəri 1 096 500 lari təşkil edib” – məlumatda qeyd olunub.