Zelenski və Makron Kiyevin Fransadan 100 "Rafale" qırıcı təyyarəsini alması ilə bağlı razılaşmanı imzalayıblar
Bu gün Fransaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın lideri Emmanuel Makronla birlikdə Ukraynanı gücləndirməyi hədəfləyən razılaşmanı imzalayıb.
Yelisey Sarayında bəyan etdikləri kimi, imzalanan sənədə əsasən, Ukrayna Fransadan 100 “Rafale” qırıcı təyyarəsini, eləcə də hava hücumundan müdafiə sistemləri və dronlar alacaq.
Volodimir Zelenski və Emmanuel Makron razılaşmanı Parisin yaxınlığında yerləşən hərbi bazada imzalayıblar.
Məlumat üçün bildirək ki, bundan əvvəl Ukrayna Prezidenti Ukraynanın aviasiya və raket əleyhinə sistemini gücləndirməsinə imkan verəcək tarixi razılaşmanın hazırlandığını deyirdi.