Zaza Saralidze vəkili və xalq müdafiəçisi ilə bərabər baş nazirlə görüşürlər.
Bu haqda Birinci Kanalın jurnalisti xəbər tutdu.
Dövlət Administrasiyasına eləcə də, Malxaz Maçalikaşvili və vəkili girdilər.
Saralidze və Maçalikaşvili hələ ki rəy bildirməyiblər.
Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxsin atası Zaza Saralidze dünən Parlament binası qarşısında aksiyada qeyd etdi ki, Gürcüstanın baş naziri ilə görüşməyi planlayır. Dövlət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Qiorqi Kvirikaşvili siyasi qərəzli şəxslərdən kənar, Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərin valideynləri ilə görüşməyə hazırdı.
Biraz əvvəl Zaza Saralidze, Dövlət Administrasiyasının qarşısına getdi, lakin, bəyan etdi ki, baş nazirlə yalnız görüşməyi planlamırdı.
Dövlət Administrasiyasına xalq müdafiəçisi Nino Lomcariya da artıq gedib.
Eləcə də, Administrasiyada aksiyaların təşkilatçılarından biri Zviad Kuprava və siyasətçilər var.