Zaza Saralidze - məlumat yayılır ki, övladım zorakı idi, 51 nömrəli məktəbin administrasiyasına müraciət edirəm, əgər o zorakı idisə gizlətməsinlər
Zaza Saralidze - məlumat yayılır ki, övladım zorakı idi, 51 nömrəli məktəbin administrasiyasına müraciət edirəm, əgər o zorakı idisə gizlətməsinlər
Tbilisidə, Xorava küçəsində qətlə yetirilmiş həddi buluğa çatmamış şəxsin atası Zaza Saralidze 51 nömrəli məktəbin administrasiyasına müraciət edib və övladı ilə bağlı bəyanat etmələrini tələb edir.

Parlament istintaq komissiyaının sədri Serqi Kapanadze ilə görüşdən sonra bəyan etdiyinə əsasən, sosial şəbəkədə məlumat yayıldı ki, guya onun oğlu zorakı idi.

“Sosial şəbəkədə məlumat  yayıldı ki, guya  oğlum zorakı idi. 51 nömrəli məktəbin administrasiyasına müraciət edirəm, oğlumun kimliyini aşkarlasınlar. Əgər zorakı idisə bunu desinlər. Heçnəyi gizlətməyin. Əgər oğlum zorakı idisə və bu faktlar məktəbdə baş veridisə, cavabdehlik 51-ci nömrəli məktəbə aiddir.”, -Saralidze bəyan etdi.

Onun dediyinə əsasən, məktəb tez bir zamanda bəyanat verməlidir.

“Bu mövzu ilə əlaqədar heçkəsin aktivliyini görmürəm ki, oğlumun təmizliyini qorusun. Dərhal bəyanat versinlər, əgər günahkar idisə desinlər, əgər deyildisə bunu da bildirsinlər”, – Zaza Saralidze bəyan etdi.