Zaza Saralidze - Qiorqi Kvirikaşvili ilə yalnız görüşməyəcəm, ultimatumlar irəli sürməsinlər
Zaza Saralidze - Qiorqi Kvirikaşvili ilə yalnız görüşməyəcəm, ultimatumlar irəli sürməsinlər
Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili ilə yalnız görüşməyəcəm, – bu haqda Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxsin atası, Zaza Saralidze Dövlət Administrasiyasının binası qarşısında bəyan etdi.
Jurnalistlərin, görüşə siyasətçilərlə bərabərmi girəcək sualları zamanı Zaza Saralidze bildirdi ki, siyasətçilərin nə dəxli var deyə qeyd etdi.

“Biz bütün insanlar giririk, bütün siyasətçilər, bütün uşağı öldürülmüş valideyn. Xahiş edirəm mənə qarşı ultimatumlar irəli sürməsinlər, tək girəcəyəm nə deməkdir, mən burada yalnız övladımın adı ilə çıxış etmirəm. Mənim yanımda Malxaz Maçalikaşvili və bütün övladı öldürülmüş valideyn var. Onların qərarını gözləyəcəm, bir saata içəriyə buraxmasalar, sağlıqla qalsınlar. Yalnız başıma görüşməyəcəyəm baş nazirlə, altı ay onlara yalvardım”, – Zaza Saralidze bəyan etdi.

Bununla yanaşı, Saralidze jurnalistlərə dedi ki , onlar da kamera və mikrofonsuz görüşdə iştirak etsinlər.

“Kameraları atıb içəriyə gəlin əgər istəsəniz. Bir saat gözləyəcəm”, – Saralidze jurnalistlərə müraciət etdi.