Zaza Saralidze, Dövlət Administrasiyası yaxınlığındakı ərazini tərk etdi
Jurnalistlərə dediyi kimi, o həyat yoldaşı ilə bərabər gedir. Ona kimi, məlumat yayıldı ki O, baş nazirlə görüşə gedir, lakin, ərazidən çıxdı.
Parlament qarşısında keçirilmiş aksiyaların təşkilatçılarından biri Zviad Kuprava ilə söhbətdən sonra Zaza Saralidze bəyan etdi ki, baş nazirlə görüşməyi müxalifət liderləri olmadan planlayır.
Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərdən birinin atası Zaza Saralidze dünən Parlament binası qarşısında aksiyada qeyd etdi ki, Gürcüstanın baş naziri ilə görüşməyi planlayır. Dövlət Administrasiyasının mətbuat xidmətinin məlumatına əsasən, Qiorqi Kvirikaşvili siyasi qərəzli şəxslərdən kənar, Xorava küçəsində öldürülmüş həddi buluğa çatmamış şəxslərin valideynləri ilə görüşməyə hazırdı.
Zaza Saralidze bi az əvvəl Dövlət Administrasiyasının qarşısına gedib bəyan etdi ki, baş nazirlə görüşü planlayır və bir saat ərzində cavab gözləyəcək. Onun dediyinə əsasən o, vəfat edən valideynlərlə, Malxaz Maçalikaşvili, eləcə də, siyasətçilətlə bərabər görüşdə iştirak edəcək.
Dövlət Administrasiyasına xalq müdafiəçisi Nino Lomjaraia da artəq gedib.
Biraz əvvəl, Dövlət Administrasiyasına eləcə də Zviad Kuprava getdi.