Bütün siyası partiyalarını, Gürcüstanın bütün vətəndaşlarını birləşməyə doğru çağırıram ki, bu sistem və qatil hökuməti devirək, – bu barədə Zaza Saralidze aksiyada bəyan etdi.
Saralidzenin qeyd etdiyinə görə, o, söz verdi ki, istənilən berketdən istifadə edəcək.
“Mənim dostlarım, mən qərar verdim ki, artıq bütün siyasi qüvvələri və yalnız siyasi qüvvələri deyil, bütün Gürcüstanı aksiyaya çağıram. Mən söz verdim ki, istənilən berketdən istifadə edəcəm. Övladlarımızı qətlə yetirənlər mütləq cəzalandırılmalıdırlar”, – Zaza Saralidze bəyan etdi.
Parlament önündə nitqlə çıxışlar, Milli-Demokratik Partiyasının ofisində keçirilən məsləhətləşməlrdən sonra Zviad Kuprava və bir neçə siyasətçi Parlament önünə qayıtqdıqdan və Zaza Saralidze və Malxaz Maçalikaşvili ilə görüşdükdən sonra başladı.
Rustaveli prospektində, Parlamentin qarşısında #არმომკლა (öldürmə) keçirilən aksiyasında məsləhətləşmələr zamanı, fəaliyyət planı ilə bağlı qarşıdurma baş verdi. Bundan sonra Zviad Kuprava aksiyadan Rustavelidə yerləşən Milli-Demokratik Partiyasının ofisinə getdi və müxalif partiyalarını gəlməyə çağırdı. MDP-nin ofisinə “Vahid Milli Hərəkat”, “Milli-Demokratik Partiyası”, “Dövlət Xalq Üçün”-nün liderləri getdilər. Onlar hakimiyyətə qarşı aksiyanı elan etdilər. Bu gün saat 18:00-da Parlament qarşısında informasiya mitinqi keçiriləcək. Burada onlar fəaliyyət planı barəsində söhbət edəcəklər.