Zaza Qaxeladze - yaxşıyam, azad olunmağı bu gün həqiqətən gözləmirdim, hər şeyi təfərrüatlı danışsam, bir ay burada durmalı olacağıq
Zaza Qaxeladze - yaxşıyam, azad olunmağı bu gün həqiqətən gözləmirdim, hər şeyi təfərrüatlı danışsam, bir ay burada durmalı olacağıq

İşğal rejiminin həbsindən azad olunan Zaza Qaxeladze Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarət etdiyi ərazidədir.

“Yaxşıyam, azad olunmağı bu gün həqiqətən gözləmirdim ki, belə olacaq. Tnarının, Patriarxın köməyi və hökumətimizin dəstəyi ilə hər şey yaxşı başa çatdı. Bu gün Tanrının köməyi ilə hər şey yaxşıdır. Ailəmə buradan salam söyləyirəm. Hər şeyi təfərrüatlı danışsam, bir ay burada durmalı olacağıq. Əminəm ki övladlarım baxırlar və sabah, birisi gün, daha birisi gün bir yerə getməyi planlaşdırmıram. Burayada öz xoşumla gəlmədim, lakin…”, – Zaza Qaxeladze bəyan etdi.

İşğal rejimi tərəfindən yaxalanan Zaza Qaxeladzeni qanunsuz həbsdən bu gün azad etdilər.

Kaspi Bələdiyyəsinin Kvemo Çala kənd sakini Zaza Qaxeladze, 2020-ci il 11 iyul tarixində Sxvilo həbsxanasının yaxınlığında ayağından yaralandığı zaman işğalçı qüvvələr tərəfindən saxlanlmışdı. De-fakto hökuməti, sərhədləri pozmaqla yanaşı, Zaza Qaxeladzeni hərbi qulluqçunu öldürməyə çalışmaqda da günahlandırıldı. Bu il 5 fevralda işğal altındakı Tsxinvali məhkəməsi Zaza Qaxeladzeni 12 il altı ay qanunsuz həbs cəzasına məhkum etdi.

Baş nazir, İrakli Ğaribaşvili may ayında Zaza Qaxeladzenin ailəsi ilə görüşdü və qeyd etdi ki, Gürcüstanın mərkəzi hakimiyyətini onun azad olunması üçün əlində olan bütün berketlərdən istifadə edirdi, məsə yüksək siyası səviyyədə irəli sürülmüdü və beynəlxalq partnyorlarla fəal müzakirə olunurdu. Zaza Qaxeladzenin məsələsi Cenevrə danışıqlarında və insidentlərin prevensiyası və onlara münasibət mexanizmləri çərçivəsində keçirilən görüşlərdə dəfələrlə irəli sürülüb. İyunda Bütün Gürcüstanın Katalikos-Patriarxı, İkinci İliya Rusiya Patriarxına Zaza Qaxeladzenin azad olummasını ilə müraciət etdi.