Zaza Okuaşvili – Nika Qvaramia və Qiorqi Qabunia tərəfindən "Mtavari Arxi"nin soyularaq süni şəkildə iflasa gətirilib çıxarılmasına baxmayaraq, teleşirkəti bağlamaq haqda heç düşünməmişəm
Zaza Okuaşvili – Nika Qvaramia və Qiorqi Qabunia tərəfindən "Mtavari Arxi"nin soyularaq süni şəkildə iflasa gətirilib çıxarılmasına baxmayaraq, teleşirkəti bağlamaq haqda heç düşünməmişəm

 
Arzum odur ki, “Mtavari Arxi” tam heyət və teleşirkətin hesabına şəxsi sərvət toplamağa çalışmayan rəhbərliklə fasiləsiz işləməyə davam etsin – bu haqda “Mtavari Arxi”nin təsisçisi Zaza Okuaşvilinin “İnterpress News” agentliyi tərəfindən yayılmış bəyanatında deyilir.

“Qiorqi Qabunianın bəyanatına cavab olaraq bildirirəm ki, mən “Mtavari Arxi”ni bağlamaq haqda qərar qəbul etməmişəm və Qiorqi Qabunianın bu bəyanatı mənə qarşı böhtandır və onların işi və marağının Qiorqi Qabunianın təqdim etdiyi kimi olması üçün Nika Qvaramianın planının bir hissəsidir.

Bu gün Nika Qvaramia və Qiorqi Qabunianın bu şəkildə gözlənilmədən ictimaiyyətə çıxardığı “Mtavari Arxi” ilə bağlı problemli məsələ kanalın maraqlarına xidmət etmir və ona qarşı atılan addımdır. Tərəfdaş kimi mənim tərəfimdən kanalla bağlı heç bir maneə törədən və ya cari dövrdə nəsə addım atılmayıb, kanal rəhbərliyinə münasibətdə olan iradlar bir neçə aydır eynidir.

Bir neçə gün bundan əvvəl jurnalistlər qrupu ilə ünsiyyətim oldu və onlara da dedim ki, Nika Qvaramia və Qiorqi Qabunia tərəfindən “Mtavari Arxi”nin soyularaq süni şəkildə iflasa gətirilib çıxarılmasına baxmayaraq, teleşirkəti bağlamaq haqda heç düşünməmişəm. Üstəlik, mən kanalın ehtiyaclarını təmin etmək üçün lazımi dəstək göstərməyə hazır olduğumu bildirdim.

“Mtavari Arxi”nin problemi ondan ibarətdir ki, direktorlar – əvvəlcə Nika Qvaramia, sonra isə Qiorqi Qabunia teleşirkəti iflasa gətirib çıxarıblar. Onların fəaliyyəti əməkdaşların səbri və ölkədəki mövcud vəziyyət bahasına mediaya sığınaraq teleşirkəti soymağın, televiziyadan istifadə edib beynəlxalq miqyasda milyonlarla dolların yuyulması maşınına çevrilməsinin nümunəsidir.

İctimaiyyətə xatırlatmaq istərdim ki, şəxsən mənim Bidzina İvanişviliyə qarşı davam edən bir neçə beynəlxalq məhkəmə çəkişməm var və Qiorqi Qabunianın mənim İvanişvili ilə əlaqəmlə bağlı mənə qarşı pis şəkildə qablaşdırılmış ittihamı komikdir və məntiqdən uzaqdır. Mən isə əksinə, Nika Qvaramianın bol və maneəsiz maliyyə mənbələri və “əsas müxalifət partiyası”na çevrilməsi məsələsi ilə bağlı suallar verərdim.

Görünür, “Mtavari Arxi”nin sabiq və indiki direktorları əlverişli məqam axtarırdılar və bunun üçün də təəssüf ki, Gürcüstanın bu gün içində olduğu çətin dövrü seçdilər.

Arzum odur ki, “Mtavari Arxi” tam heyət və teleşirkətin hesabına şəxsi sərvət toplamağa çalışmayan rəhbərliklə fasiləsiz işləməyə davam etsin” – Zaza Okuaşvili bildirir.