Zaza Lominadze - Son dövrlərdə həm Gürcüstanda, həm də xaricdə narkotik istifadəçilərinin sayı artıb, dövlət narkotik cinayətinə qarşı müharibə elan edir
Son dövrlərdə həm Gürcüstanda, həm də xaricdə narkotik istifadəçilərinin sayı kəskin şəkildə artıb, ölkəyə sintetik narkotik daxil olub – bu barədə parlamentin Səhiyyə Komitəsinin sədri Zaza Lominadze Gürcüstanın Birinci Kanalına deyib.
O bildirib ki, hamı birdəfəlik başa düşməlidir ki, dövlət narkotiklərin satışına və narkotik cinayətinə qarşı müharibə elan edir.
“Birdəfəlik başa düşməliyik ki, dövlət narkotiklərin satışına və narkotik cinayətinə qarşı müharibə elan edir. Kim asılılıq xəstəliyindən əziyyət çəkirsə, ona tibbi yardım göstərməyə və müalicə etməyə biz hazırıq. Son dövrlərdə narkotik istifadəçilərinin sayı həm Gürcüstanda, həm də xaricdə kəskin şəkildə artıb. Bilirsiniz ki, ölkəyə sintetik narkotik daxil olub. Narkomaniyanın müalicə tələb edən xəstəlik olması siyasəti ilə gedirik. Dövlətin siyasəti doğru idi, lakin liberal elementlərlə, bununla da gözlədiyimiz nəticələr alınmadı. Seçkiöncəsi bütün Gürcüstanı gəzdik və əsas çağırış kimi narkomaniya ilə mübarizə göstərildi. Narkotiklərin yayılması, qoyulması hətta dronlarla belə həyata keçirilirdi. Bütün müasir texnologiyalardan istifadə edirdilər. Satıcılarla bağlı qanunvericilik sərtləşdirilib, dövlətin asılılıqdan əziyyət çəkənlərin müalicəsini öz üzərinə götürməsi bir sonrakı addımdır. Bu sahədə tam qayda-qanunun olmaması ilə bağlı göstəricilər var. Kutaisidə bu proqramı şəhərdən kənara çıxardıq, şəhərdən uzaqlaşdırdıq ki, bütün bunları başqaları görməsinlər. Məqsədimiz onların sağlamlığına qayğı göstərməkdir” – Zaza Lominadze bildirib.