Zaza Qaxeladzenin ailə üzvləri Kvemo Çala kəndində aksiya-yürüş keçiririlər
De fakto rejimin qanunsuz əsirliyində olan Gürcüstan vətəndaşının azad olunması üçün, onun ailə üzvləri və həmkəndliləri hakimiyyətdən daha effektli addımın atılmasını tələb edirlər. Onlar Kvemo Çala kəndində aksiya-yürüş keçiririlər. Aksiyaya mülki aktivistlər və müxalif partiya liderləri qoşuldular.
Zaza Qaxeladzenin ailəsi elan edilmiş aksiya formasını dəyişdi və yürüşü Samtavisi məbədi qarşısında başa çatdıracaq.
“Biz Kvemo Çala kəndindən yürüş keçiririk və Samtavisi məbədində şamlar yandıracaqdırq. Biz Samtavisi polis bölməsi qarşısında və maqistralda aksiya artıq keçirmirik. Patriarxın xahişini nəzərə alırıq. Bu dinc yürüşdür. Etirazımız burada başa çatacaq. Bu ailəmizin mövqeyi və qərarıdır. Bu forma ilə Zaza Qaxeladzenin azad olunmasını tələb edirik”, – Zaza Qaxeladzenin həyat yoldaşı, İrma Butxuzi bəyan etdi.



