Cənubi Ukraynada, Zaporojie vilayətində “An-26 tipli təyyarə düşdü. Bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilir.
Medianın məlumatına görə, təyyarə Mixaylovkada qəzaya uğrayarkən texniki uçuş həyata keçirirdi.
Təyyarənin qəzaya uğramasına nəyin səbəb olduğu hələlik məlum deyil. İlkin versiyaya görə, təyyarənin elektrik kabelindən ayrılması mühərrikdə yanğına səbəb oldu.